“Windows 10 Mobile” sistemi üçün “Office” paketinin dəstəklənməsi dayandırılacaq
“Microsoft” korporasiyası tezliklə “Windows 10 Mobile” əməliyyat sistemi üçün “Office” əlavələr paketinin dəstəklənməsinin dayandırılacağını açıqlayıb. Belə ki, “Word”, “Excel”, “PowerPoint”, “OneNote” və digər proqramlarda son yenilənmə 10 dekabr 2019-cu ildə olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 21 yanvar 2020-ci ildən etibarən istehsalçı tərəfindən “Windows 10 Mobile” üçün “Office” versiyasının dəstəklənməsi dayandırılacaq. Bu isə o deməkdir ki, bu məhsullardan istifadə edənlər üçün pulsuz texniki dəstək və proqram təminatının təhlükəsizliyi ilə bağlı problemləri aradan qaldıran düzəlişlərlə təmin edilməsi dayandırılacaq. Bundan başqa, ehtiyat surətçıxarma və “Microsoft”un digər daxili servislərinin fəaliyyəti sona yetəcək.
Korporasiya nümayəndələrinin sözlərinə görə, “Windows 10 Mobile” sistemində bütün “Office” əlavələrindən 21 yanvar 2020-ci ildən sonra istifadə mümkün olacaq. Lakin qeyd edilən tarixdən sonra əlavələr və onlar üçün istinadlar ləğv ediləcək – “Office” əlavələr paketindən yalnız “Windows 10 Mobile” sisteminin idarəetməsi ilə işləyən smartfonlara proqramlar göstərilən tarixədək quraşdırıldığı halda istifadə etmək olacaq.
“Təhlükəsizlik yenilənmələrinin mövcud olmaması ilə əlaqədar biz telefonda “Office”dən istifadə etmək istəyənlərə “iOS” və ya “Android” əməliyyat sistemləri üçün nəzərdə tutulan aktual “Microsoft Office” paketinə keçməyi tövsiyə edirik. “iOS” və “Android” üçün əlavələr mağazalarında “Word”, “Excel”, “PowerPoint” və “OneNote” ilə yanaşı, “Word”, “Excel” və “PowerPoint” ilə sadə inteqrasiya olunmuş işi təmin edən yeni funksiyalardan yararlanmaq mümkün olacaq”, – “Microsoft” korporasiyasının bəyanatında qeyd olunur.
Nizam Nuriyev
Baxış sayı: 576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet