12px13px15px17px
Tarix:10/12/19

Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq

"WhatsApp" messenceri "Windows Phone" əməliyyat sistemi, "Android" və "iOS" platformalarının köhnə versiyalarının idarəetməsi altında işləyən cihazlarda işləməyəcək. Bu haqda "Daily Mail" qəzeti məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, sözügedən messencer "Windows Phone" mobil əməliyyat sistemində 2019-cu il dekabrın 31-də öz işini dayandıracaq. Həmçinin 2020-ci ilin fevralın 1-dən etibarən messencer "Android 2.3.7"-dək və "iOS 9"-dək olan versiyalarda işləməyəcək. Qəzetin məlumatına görə, milyonlarla istifadəçi "WhatsApp" messencerinə girişdən məhrum olacaq.

 

Sözügedən messencer "Android 4.0.3" və "iOS 9" versiyalarından başlayaraq digər versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatan olacaq. Şirkətin nümayəndəsi izah edib ki, bu məhdudiyyətlər messencerin imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır.

 

Emil Hüseynov





Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024