“SLS” raketdaşıyıcısının mərkəzi blokunun yığılması tamamlanıb
ABŞ Kosmik Agentliyi (NASA) Aya və Marsa uçuşlar proqramları üçün istifadə ediləcək "SLS" raketdaşıyıcısının mərkəzi blokunun yığılmasını başa çatdırıb. Bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "RIA Novosti." resursuna istinadən yazır ki, C. Braydenstayn "NASA"nın Luzianada yerləşən "Michoud Assembly Facility" istehsal mərkəzində çıxışı zamanı Aya növbəti amerikalı kişi və ilk qadın astronavtın göndərilməsi üzrə ilk addım olacaq "Artemis-1" missiyası üçün "SLS" raketdaşıyıcısının mərkəzi blokunun yığılmasının tamamlanmasını bəyan edib.
Onun sözlərinə görə, ilin sonunadək müasir raketdaşıyıcısının yığılmış mərkəzi bloku sınaqdan keçirilmək üçün agentliyin Con Stenis adına mərkəzinə göndəriləcək.
Raketin istismara verilməsi dəfələrlə təxirə salınıb. Belə ki, ilk buraxılış 2019-cu ilə planlaşdırılsa da, sonradan 2020-ci ilin iyununa keçirilib. Agentlik rəhbərinin sözlərinə görə, yeni qrafikə uyğun olaraq "Artemis-1" missiyası üçün ilk raketin buraxılışı 2021-ci ildə həyata keçiriləcək.
Qeyd edək ki, "Artemis" proqramı üç mərhələdən ibarət olacaq: "Orion" kosmik gəmisinin Ay ətrafına pilotsuz sınaq uçuşunu və onun Yerə dönməsini nəzərdə tutan birinci missiya (Artemis-1) 2020-ci ilin ikinci yarısına planlaşdırılır. İkinci mərhələ (Artemis-2) – Yerin təbii peykinə pilotlu uçuş 2022-ci ilə planlaşdırılır. Missiyanın üçüncü mərhələsində (Artemis-3) astronavtların 2024-cü ildə Aya enməsi, 2030-cu illərin ortalarında isə onların Marsa göndərilməsi nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 615
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet