12px13px15px17px
Tarix:12/12/19

“iPhone” son onilliyin ən möhtəşəm cihazı adlandırılıb

"The Verge" nəşri son illiyin 100 əsas qurğusundan ibarət reytinq tərtib edib. "iPhone 4" son onilliyin ən möhtəşəm qurğusu adlandırılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, baş redaktor Nil Patelin sözlərinə görə, 2010-cu ildə təqdim edilmiş aparat bazarda ən gözəl, innovativ və nüfuzlu smartfondur. Məqalədə deyilir ki, "Apple" şirkətinin smartfonu şüşə və metaldan korpus, qabaqcıl "A4" prosessoru, möhtəşəm "Retina" displey və rahat əməliyyat sisteminə malik ilk telefon olub.

 

ABŞ-ın "ağıllı" qurğular bazarının liderlərindən biri "Amazon Echo" smart kolonkası ikinci pillədə, yığcam "MacBook Air" noutbuku isə üçüncü pillədə yerləşdirilib. "Apple" şirkətinin digər iki məhsulu – "AirPods Pro" (6-cı yer) və "Apple Watch" smart saatı (7-ci yer) ilk onluğa daxil edilib. Nəşrin redaksiyası 2015-ci ildə təqdim edilmiş "Samsung Galaxy S6" smartfonunu 4-cü, "Tesla Model S" elektrik avtomobilini isə 5-ci pillədə yerləşdirib.

 

Emil Hüseynov





Baxış sayı: 520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024