“Samsung” şirkəti “Galaxy A71” smartfonunu təqdim edib
“Samsung” şirkəti “Galaxy A51”dən sonra yeni “Galaxy A71” modelini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, inteqrasiya edilmiş barmaq izi skanerinə malik 6,7 düymlük displeydə kəsik və dəlik yoxdur – ön kamera matrisin yuxarı hissəsində kiçik dəlikdə yerləşdirilib. Smartfonun danışıq dinamiki yuxarı çərçivə sahəsində yerləşdirilib.
"Galaxy A71 modeli “Snapdragon 730” prosessoru, 6/8 QB əməli yaddaş və 128 QB-lıq daşıyıcı (tutumu 512 QB-dək “microSD” kartı quraşdırmaq mümkündür) ilə təchiz edilib.
Arxa qapağın sol tərəfində quraşdırılmış əsas kamera 4 sensordan ibarətdir. Əsas sensorun təsvir ölçüsü 64 meqapiksel, digərlərinin isə 12 (genişbucaqlı optika), 5 (makroobyektiv) və 5 (dərinlik sensoru) meqapikseldir. Ön kamera 32 meqapiksel təsvir ölçüsündə şəkillər çəkir.
Emil Hüseynov
Baxış sayı: 795
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet