12px13px15px17px
Tarix:13/12/19

Başqasının “iPhone” modelini bloklayan üsul aşkarlanıb

"iPhone" smartfonları üçün "AirDrop" funksiyasında qurğunu uzun müddət bloklamağa imkan verən boşluq aşkarlanıb. Səhv kibertəhlükəsizlik sahəsində ekspert Kişan Baqariyanın bloqunda təsvir edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, məlumata görə, "AirDrop" vasitəsilə faylların qəbulu zamanı qurğu sahibi tərəfindən faylların qəbulunun ləğv edilməsi və ya təsdiqlənməsi məqsədilə smartfonun ekranı bağlanır. Qurbana çoxsaylı faylların göndərilməsini quraşdırmaqla kibercinayətkar smartfonu uzun müddət bloklaya bilər.

 

Mütəxəssis boşluq kodunu "GitHub" servisində dərc edib. K.Baqariyanın sözlərinə görə, potensial baxımdan hücumları "AirDrop", "Bluetooth" və "Wi-Fi"ı söndürməklə aradan qaldırmaq olar. O, həmçinin "AirDrop" funksiyasını yalnız zərurət yarandıqda işə salmağı və tanış olmayan istifadəçilərdən məlumatlar qəbul etməməyi tövsiyə edib.

 

"iPhone" smartfonlarının istehsalı ilə məşğul olan "Apple" şirkəti ekspert tərəfindən aşkarlanan problem barədə məlumatlandırıldıqdan sonra boşluq aradan qaldırılıb. Buna faylların göndərilməsi üçün sorğuların sayını məhdudlaşdırmaqla nail olunub.

 

Nizam Nuriyev





Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024