12px13px15px17px
Tarix:16/12/19

“5G” şəbəkələrindən istifadə edən abunəçilərin sayı məlum olub

2019-cu il sentyabrın sonunda dünyada beşinci nəsil (5G) şəbəkələrində rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı 4 milyon təşkil edib. “Ovum” analitik şirkətinin proqnozuna görə, dekabrın sonuna bu göstərici 12,9 milyon olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2023-cü ildə dünyada 1,3 milyard “5G” abunəçisinin olacağı gözlənilir, yəni dünya əhalisinin 13%-i belə xidmətdən istifadə edəcək.

 

Hazırda dünyada 3GPP standartını dəstəkləyən 50 ədəd “5G” kommersiya şəbəkəsi mövcuddur. 2019-cu ilin sonuna onların sayı 67-yə çatmalıdır.

 

Cari ilin aprelindən “5G” kommersiya xidməti istifadəyə verilmiş Cənubi Koreyada “5G” şəbəkələrinə artıq 3 milyon qoşulma qeydə alınıb.

 

“Ericsson” şirkətinin proqnozuna görə, 2025-ci ilədək “5G” şəbəkələri planet əhalisinin 65%-nə əlçatan olacaq və qlobal mobil trafikin 45%-ni təmin edəcək. Həmçinin həmin vaxt dünyada “5G” xidmətlərindən istifadə edən abunəçilərin sayı 2,6 milyarda yaxınlaşacaq.

 

Hələ ki LTE ən populyar mobil rabitə texnologiyası olaraq qalır: 2019-cu ilin üçüncü rübündə müvafiq şəbəkələrə qoşulma sayı 5 milyard təşkil edib. İlin əvvəlindən bu göstərici 1 milyarda yüksəlib.

 

Emil Hüseynov





Baxış sayı: 813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024