12px13px15px17px
Tarix:17/12/19

Alimlər xüsusi maskaların köməyilə üz tanıma sistemlərini aldatmağa müvəffəq olublar

"Kneron" şirkətinin alimləri xüsusi 3D maskaların köməyi ilə üz tanıma sistemlərini aldatmağa nail olublar. Demək olar ki, bütün hallarda sistem 3D maskanı həqiqi üz kimi müəyyənləşdirib, bundan sonra isə hətta alış-veriş etməyə imkan verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, alimlərin məlumatına görə, üz tanıma texnologiyası tez-tez vətəndaşları müşahidə etmək üçün (xüsusilə ABŞ və Çində) istifadə olunur. Lakin yeni araşdırma üz tanıma sistemlərinin dəqiqliyini şübhə altına qoyur.

 

Süni intellekt hazırlaması ilə məşğul olan "Kneron" şirkəti başqa insanların üzünü imitasiya edən yüksək keyfiyyətli 3D maskalar sifariş edib və onları üz tanıma sistemlərinin ən çox istifadə olunduğu yerlərdə yoxlayıb.

 

Məsələn, Amsterdamda Sxipxol aeroportunda sistemlər tədqiqatçıları başqa insanlar kimi müəyyənləşdirib. Çinin bir neçə dəmiryol vağzalında da eyni hadisə baş verib. Alimlər "AliPay" və "WeChat" ödəmə sistemləri vasitəsilə başqasının hesabından alış-veriş etməyə nail olublar.

 

Emil Hüseynov





Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024