12px13px15px17px
Tarix:18/12/19

“5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötəcək

"IDC" analitik şirkəti dünyada beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) sürətli tətbiqini proqnozlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə "5G" şəbəkələrinə qoşulmaların sayı təxminən 10 milyon təşkil edəcək, 2023-cü ildə isə 1 milyardı ötəcək. Proqnozun özünü doğruldacağı və "5G" qoşulmalarının sayının illik artımı orta hesabla 217,2 faiz olacağı təqdirdə 5 il sonra bütün mobil qurğuların təqribən 9 faizi bu qabaqcıl standartdan istifadə edəcək.

 

Mütəxəssislər tərəfindən "5G" şəbəkəsinin yayılmasına töhfə verəcək üç əsas amil sadalanır:

 

Birincisi, istifadə olunan və generasiya edilən məlumat həcminin artmasıdır. Daha böyük istehlakçıların "5G" şəbəkəsinə keçirilməsi operatorlara şəbəkələrin yükünü daha səmərəli bölüşdürməyə imkan verəcək ki, bu da rabitənin keyfiyyətini və dayanıqlığını yaxşılaşdırmağa kömək edəcək.

 

Bundan başqa, "Əşyaların interneti" inkişaf etdikcə mobil şəbəkələrə daha çox qurğular qoşulacaq. Yeni standartın üstünlüklərindən biri isə eyni anda müqayisəedilməz bağlantı sayındadır.

 

Nəhayət, "5G" şəbəkələrində siqnalın yüksək sürəti və minimal yubanması sayəsində texnologiyanın istehlakçılar və biznes üçün çoxlu yeni istifadə senarisi yaranacaq.

 

Bununla yanaşı, mütəxəssislər tərəfindən "5G"nin potensialının tam şəkildə açılması üçün uzun müddət lazım olacağı ilə bağlı xəbərdarlıq edilir. Şirkətin qiymətləndirməsinə görə, texnologiyanın istifadəsi üçün ən futuristik senarilər təxminən 3-5 ildən sonra tətbiq olunmağa başlayacaq.

 

"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024