Londonda “5G” şəbəkəsinin imkanlarını nümayiş etdirən mərkəz açılıb
“Huawei” şirkəti Birləşmiş Krallığın paytaxtında beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) imkanlarını nümayiş etdirən “5G Innovation and Experience Centre” adlı mərkəz açıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, aparıcı telekommunikasiya avadanlığı istehsalçısı nümayəndələrinin sözlərinə görə, mərkəz novator və sahibkarlar arasında əməkdaşlığı möhkəmləndirməyə, eləcə də “5G” ekosistemlərinin gələcək inkişafına kömək edəcək.
Fəaliyyət dairəsi Böyük Britaniya ilə məhdudlaşmayacaq “5G Innovation and Experience Centre” mərkəzinin “5G” texnologiyalarından istifadədə bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacağı nəzərdə tutulur.
Mərkəz ziyarətçiləri virtual və əlavə reallıq texnologiyalarının imkanlarından istifadə edərək maraqlı interaktiv oyunları real vaxt rejimində qiymətləndirə, sevimli qrupla oynaya, eləcə də “5G”nin yaratdığı digər imkanlar barədə məlumat əldə edə biləcəklər.
Şirkətin üçüncü rüb üçün olan hesabatında qeyd olunur ki, “Huawei” dünyanın aparıcı mobil rabitə operatorları, o cümlədən Böyük Britaniyanın bütün böyük operatorları ilə “5G” həllərinin tədarükü ilə bağlı 60-dan çox kommersiya sazişi imzalayıb.
Nizam Nuriyev
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet