Məlumatları olduqca sürətli ötürən SSD fləş kartı təqdim edilib
“Kickstarter” platforması dünyaya bir çox maraqlı layihələr təqdim edib. Növbəti layihələrdən biri “Bullet SSD” fləş kartı ola bilər. İstehsalçılar əmin edirlər ki, bu, dünyada ən kiçikölçülü, yüksəksürətli SSD daşıyıcısıdır. Qurğu bütün populyar platformaları dəstəkləyir və kənar təsirlərə qarşı yüksək müdafiəyə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Bullet SSD” görünüşcə “USB Type-C” (USB 3.2 Gen2) konnektoru ilə təchiz edilmiş ən adi fləş kartı xatırladır. Daşıyıcının çəkisi 18 qr-dır. Bundan başqa, cihaz “IP67” standartı üzrə su və sudan qorunub ki, bu da onun etibarlılığını və davamlılığını artırır.
İstehsalçının iddiasına görə, daşıyıcının məlumatları oxuma və yazma sürəti təxminən 500 MB/s təşkil edir ki, bu da kiçikölçülü fləş kartı üçün rekord göstəricidir.
Aksesuar məlumatların saxlanılması, cihazlar arasında məlumatların ötürülməsi və ehtiyat nüsxələrinin yaradılması üçün universal daşıyıcı kimi təqdim edilir. “Android”, “iOS”, “macOS”, “Windows”, “Linux” sistemlərinin idarəetməsi altında işləyən qurğuları, kameraları və oyun konsollarını dəstəkləyir.
Sözügedən fləş kartın 1 TB-lıq versiyası 99, 2 TB-lıq isə 159 dollar təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 487
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet