“Windows 7” sistemi uzun müddət dəstəklənəcək
“Microsoft” korporasiyası “Windows 7” əməliyyat sisteminin rəsmi müddəti bitdikdən sonra onu qismən dəstəkləyəcəyini təsdiq edib. Bu haqda İT mütəxəssisi Martin Brinkman öz bloqunda yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Brinkman “Microsoft”un mütəxəssislərindən “Windows 7”nin kommersiya lisenziyaları üçün dəstəyin bitmə vaxtını soruşub. Şirkətin məlumatına görə, genişləndirilmiş dəstək bitəcək, ancaq biznes versiyalarının sahibləri “Microsoft Security Essentials” təhlükəsizlik paketini almağa davam edəcəklər. Söhbət əməliyyat sisteminin ödənişli dəstəyə malik xüsusi versiyalarından gedir.
“Microsoft” korporasiyası bundan sonra öz saytında “Windows 7” haqqında informasiyanı yeniləyib. Şirkətin nümayəndəsi bildirib ki, təhlükəsizlik paketləri bundan sonra da çıxarılacaq, ancaq “Microsoft Security Essentials” sistemi yenilənməyəcək.
“Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixində bitəcək. Xatırladaq ki, “Windows 7” sistemi 2009-cu ilin iyulunda təqdim edilib.
Emil Hüseynov
Baxış sayı: 713
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet