12px13px15px17px
Tarix:20/12/19

Çin və Braziliya tədqiqat peykini orbitə buraxıblar

Çin və Braziliya təbii resursların öyrənilməsi üçün nəzərdə tutulmuş “CBERS-4A” peykini günəş-sinxron orbitinə buraxıblar. Bu haqda Çinin Mərkəzi Televiziyası məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, təxminən 2 ton ağırlığında olan kosmik aparat ölkənin şimalında Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan "Çançjen-4B" raket-daşıyıcısının köməyi ilə orbitə buraxılıb. Yeri gəlmişkən, bu, "Çançjen" seriyalı raket-daşıyıcı üçün 322-ci buraxılış olub.

 

Borta quraşdırılmış Braziliyanın 2 və Çinin 1 kamerası Yer səthinin şəkillərini müxtəlif təsvir ölçüsündə və fərqli intervallarla çəkəcəklər. Şəkillərin keyfiyyəti bir qədər əvvəl orbitə buraxılmış “CBERS-4” peyki ilə müqayisədə daha yaxşı olacaq. Məlumatların qəbulu Braziliyanın Kuyaba şəhərindən 9 kilometr məsafədə yerləşən yerüstü stansiyada həyata keçiriləcək.

 

Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin Ayın öyrənilməsi üçün texnologiyalar hazırlayaraq milli kosmik proqramı aktiv inkişaf etdirir. Bundan başqa, Çin alimləri asteroidlər və Mars planetinin tədqiqi üçün layihə hazırlayırlar.

 

Emil Hüseynov





Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024