“Facebook” şirkəti “Android”in alternativini hazırlayır
“Facebook”un portfoliosuna yalnız sosial şəbəkə daxil deyil: şirkət uzun müddət olar ki “ağıllı” ekranlar və virtual reallıq şlemləri daxil olmaqla aparat həlləri ilə məşğul olur. Bu qurğular “Android” əməliyyat sisteminin modifikasiya edilmiş versiyasının idarəetməsi altında işləyir, amma tezliklə vəziyyət dəyişə bilər. Korporasiya öz əməliyyat sistemini hazırlamağa başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkətin aparat həllərində istifadə üçün nəzərdə tutulmuş yeni əməliyyat sistemi sıfırdan hazırlanacaq. Layihəyə “Microsoft”un keçmiş əməkdaşı və “Windows NT” platformasının yaradıcılarından biri Mark Lyukovski rəhbərlik edəcək. “Facebook” şirkəti, həmçinin “Siri” və ya “Alexa”ya oxşar səs köməkçisi hazırlayır.
Eyni zamanda “Facebook” şirkəti "beyin-kompüter" interfeysinin yaradılması üzərində işləyir. Hazır məhsulun yaradılmasına 5-10 il vaxt lazım ola bilər.
Emil Hüseynov
Baxış sayı: 626
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet