12px13px15px17px
Tarix:21/12/19

Bu ilin ən uğurlu smartfon istehsalçısı məlum olub

"Counterpoint Research" tədqiqat şirkəti "Apple" şirkətinin 2019-cu ildə smartfonlar bazarında lider olmasını açıqlayıb. Belə ki, dünya smartfonlar bazarının 2/3 hissəsi ABŞ şirkətinin payına düşüb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, "Apple" şirkəti smartfon sahəsi üzrə mənfəətin 66 faizinə və gəlirin 32 faizinə sahib çıxıb. İkinci yerdə böyük fərqlə 17 faiz mənfəətə malik "Samsung" şirkəti qərarlaşıb. Şirkət nümayəndələrinin fikrincə, Cənubi Koreya şirkətinin uğuru "Galaxy A" seriyalı smartfonların istehsalının genişləndirilməsi və "Galaxy Note 10" seriyalı smartfonların yüksək gəlirliyi ilə əlaqədardır.

 

Çinin "Huawei", "Oppo", "Vivo"və "Xiaomi" brendləri reytinqdə yüksək mövqelərdə qərarlaşıb. Analitiklərin qənaətinə görə, bu şirkətlər daha çox ucuz smartfonlar seqmentində fəaliyyət göstərirlər. Bununla yanaşı, "Huawei" və "Xiaomi" istehlak bazasını dəyişməyə çalışaraq əlavə xidmətlər təklif edir. "Beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) tətbiqi 2020-ci ildə Çin brendlərinin gəlirlərinə müsbət təsir göstərəcək", – ekspertlər vurğulayıb.

 

Bildirilir ki, bu il dünyada smartfonların satışından əldə edilən gəlir 11 faiz azalıb. Analitiklər bunu istehlakçıların "iPhone Xs" və ya "Samsung Galaxy Note 10" kimi bahalı sinfə aid smartfonları gec-gec əvəzləməsi ilə izah edirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 1445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024