12px13px15px17px
Tarix:25/12/19

“Windows 10” sistemində səhv aşkar edilib

“Windows 10” sisteminin aktual versiyasında aşkar edilmiş səhv köhnə sistemlərdə də mövcuddur. “Softpedia” portalının redaktorunun sözlərinə görə, “Microsoft” bu problemi aradan qaldırmır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ekranın aşağı hissəsində “maus”un sağ düyməsinə sıxdıqda açılan kontekst menyunun bir hissəsi tapşırıqlar paneli tərəfindən gizlədiləcək, “Windows” istifadəçiləri dəfələrlə bu problemə diqqət yetiriblər. “Microsoft”un rəsmi forumunda şikayətlərə baxmayaraq, sistemin tərtibatçısı bu səhvi aradan qaldırmır. Eyni problemə 2001-ci ildə istifadəyə verilmiş “Windows XP” sistemində də rast gəlinir.

 

“Microsoft”un əməliyyat sistemləri üzrə mütəxəssisləri bildiriblər ki, belə bir səhvin aşkar edilməsində qəribə heç nə yoxdur. Ekspertlər izah ediblər ki, tapşırıqlar paneli ən yüksək prioritetə malikdir. Ancaq “Microsoft” tərəfindən bu problemin həll edilməməsi qəribədir.

 

Emil Hüseynov





Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024