Populyar sosial şəbəkənin milyonlarla istifadəçisinin telefonu təhlükə altındadır
Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis İbrahim Baliç “Twitter” sosial şəbəkəsinin 17 milyon istifadəçisinin mobil telefon nömrəsini müəyyənləşdirib. “TechCrunch” nəşri yazır ki, aşkar edilmiş boşluq populyar sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarını təhlükə altına qoyub.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, sözügedən boşluq “Android” üçün mobil tətbiqdə aşkar edilib. İstifadəçilərin nömrəsini əldə etmək üçün telefonlardan ibarət siyahı yaratmaq və müvafiq hesabların axtarışı üçün onları “Twitter”ə yükləmək lazım olub. Mütəxəssis proqram vasitəsilə on milyonlarla müxtəlif nömrələr yaradıb.
Bu, Baliçə Fransa, Almaniya, İsrail, Türkiyə, İran, Yunanıstan sakinlərinin nömrələrini və ona bağlı hesablarını öyrənməyə imkan verib. Mütəxəssis iki ay ərzində telefon nömrəsinin köməyi ilə İsrailin yüksək vəzifəli siyasətçisinin profilini tapıb. “Twiiter” yalnız 20 dekabrda onun fəaliyyətini bloklayıb.
“Twitter”in nümayəndəsi məlumat verib ki, şirkət sözügedən boşluğu aradan qaldırmaq üçün çalışır.
Emil Hüseynov
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet