Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “EU4Digital” layihəsinin müzakirəsi keçirilib
Bu gün Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" (EaP) proqramı çərçivəsində "Rəqəmsal Bazarların Uyğunlaşdırılması" (HDM) təşəbbüsünün "EU4Digital" layihəsinin müzakirəsinə həsr olunan "dəyirmi masa" keçirilib.
Tədbirdə HDM təşəbbüsü çərçivəsində yaradılmış 6 istiqamət – "İKT İnnovasiyaları və startap ekosistemi", "Telekom qaydaları", "E-trade (e-kommersiya, e-loqistika, e-gömrük)", "E-səhiyyə", "E-inam və təhlükəsizlik" və "E-bacarıqlar" istiqamətləri üzrə "EU4Digital" layihəsi çərçivəsində ölkəmizdə görülən işlər və 2020 – 2021-ci illərdə həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.
İstiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər, aidiyyəti dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri proqramın mahiyyəti barədə danışıblar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri, HDM-in "İKT innovasiya və startap ekosistemi" üzrə ölkə koordinatoru Rəşad Əzizov bu istiqamət üzrə görülmüş işlər, bu işlərin ölkəmizdə aparılan innovasiya siyasəti ilə əlaqəsindən danışıb. O qeyd edib ki, bu istiqamət üzrə kontakt şəbəkəsi formalaşdırılıb və innovasiya subyektlərinin nümayəndələri daxil edilib. O, həmçinin 2020 – 2021-ci illərdə ölkəmizdə innovasiya istiqaməti üzrə həyata keçiriləcək layihələr barədə məlumat verərək, innovasiya ekosisteminin formalaşdırılmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.
"EU4Digital" layihəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi, "Ernst &Young" şirkətinin nümayəndəsi Anar Cəfərzadə öz çıxışında layihənin əhəmiyyətindən danışıb, gələcək strateji addımların effektiv yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra istiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər "Telekom qaydaları", "E-ticarət", "Rəqəmsal Nəqliyyat Dəhlizləri", "E-səhiyyə", "Etimad və Təhlükəsizlik", "Kibertəhlükəsizlik" , "E-bacarıqlar" və s. məsul olduqları istiqamətlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
Azərbaycanda bu sahələr üzrə əldə olunan nailiyyətlər və görüləcək işlər müzakirə edilib, rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətlərinə dair çıxışlar və müzakirələrlə davam edib.
Məlumat üçün bildiririk ki, "Rəqəmli bazarların uyğunlaşdırılması" təşəbbüsündə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir və Azərbaycan "İKT innovasiya və startap ekosistemi" istiqaməti və "E-gömrük" alt istiqaməti üzrə əlaqələndirici ölkədir.
Baxış sayı: 971
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet