“Amazon” əlin tanınması texnologiyasını patentləşdirib
“Amazon” şirkəti “Amazon Go” “ağıllı” mağazaları üçün əlin tanınması texnologiyasını patentləşdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, “Amazon” tam avtomatlaşdırılmış “Amazon Go” mağazasını 2018-ci ilin əvvəlində Sietldə istifadəyə verib. Mağazanın əvvəlcə 2017-ci ilin əvvəlində açılması planlaşdırılsa da, texniki səbəblərə görə təxirə salınıb.
Məlumata görə, satıcı və mühafizəçilərin mövcud olmadığı “ağıllı” mağazalarda oğurluq hallarının qarşısının alınması üçün şirkət daha bir texniki vasitənin tətbiqinə qərar verib. Şirkətin patent hüququ aldığı alıcı əlinin tanınması sistemi insanın əlindəki qırışları, eləcə də damar, sümük və yumşaq toxumalar kimi fərdi xüsusiyyətlərini analiz edəcək.
İlk analizdən sonra biometrik məlumatlar şirkətin məlumat bazasına daxil edilir. Onun əsasında sistem alıcının mağazaya növbəti dəfə gəlişi zamanı onu identifikasiya edir.
Yeni sistem potensial alıcıları mağazaya getməmişdən əvvəl mobil əlavəni yükləmək və qeydiyyatdan keçmək zərurətini aradan qaldıracaq.
Nizam Nuriyev
Baxış sayı: 578
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet