12px13px15px17px
Tarix:30/12/19

Alimlər elmdə irəliləyiş üçün kvant texnologiyaları alyansı yaradıblar

Son vaxtlar kvant kompüterləri və onunla bağlı texnologiyalar haqqında məlumatlar mətbuatda artıb. Aparıcı institut və universitetlərin alimləri perspektivli istiqamətin inkişafını sürətləndirmək üçün kvant hesablamaları üzrə alyans yaratdıqlarını elan ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Quantum Information Edge” alyansına Lourens Berkli Milli laboratoriyası və Sandia Milli Laboratoriyası rəhbərlik edəcəklər. Alyansa, həmçinin Merilend Universiteti, Dyuk Universiteti, Harvard Universiteti, Kolorado Universiteti, Berkli Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Massaçusets Texnologiya İnstitutunun Linkoln Laboratoriyası, Massaçusets Texnologiya İnstitutu və Nyu-Meksika Universiteti qoşulublar.

 

"Biz kvant informatikasında əhəmiyyətli irəliləyiş ərəfəsindəyik. “Quantum Information Edge” alyansı elm və texnologiyanın geniş sahələrində həllər axtarmaqla yanaşı, kvant tədqiqatları və hazırlamalarını sürətləndirəcək " – Berkli Laboratoriyasının qabaqcıl kvant sınaq stendinin direktoru İrfan Siddiki deyib.

 

Emil Hüseynov





Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024