Cənubi Koreyada həbsxanalar üçün robotlar hazırlanıb
Cənubi Koreya robot texnikası sahəsində istehsal etdiyi m'hsullarla uzun müddətdir ki məşhurdur. Bu dəfə koreyalılar həbsxanalarda işləmək üçün robot istehsal edib. Belə ki, robot həbsxana mühafizəsinə kömək edəcək.
Koreya Ədliyyə Nazirliyinin dəstəyi ilə yaradılmış robot həbsxananın ərazisində patrul keşiyi çəkəcək və məhbuslara daim nəzarət edəcək. Yeni yaradılmış robot cari ilin dekabr ayında Pxoxan şəhərinin həbsxanasında sınaqdan keçiriləcək.
Robotu yaratmış mühəndislərin sözlərinə görə, robot həbsxanaların həm daxili, həm də xarici hissələrinə patrul keşiyi çəkmək üçün nəzərdə tutulub. O, operatordan operativ əmrləri ala və onlardan asılı olaraq öz hərəkətlərinə düzəliş edə bilər.
Robotun qiyməti haqda məlumat verilmir, lakin təxminən 1 milyard Koreya vonu və ya 863000 dollar xərcləndiyi ehtimal edilir. Məhbuslara gəlincə, Koreya istehsalçıları bildiriblər ki, robotlar onlara münasibətdə zorakılıq etməməlidirlər.
Baxış sayı: 562
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı