“Wi-Fi 6” standartını dəstəkləyən yeni “Acer” noutbukları nümayiş edilib
“Acer” şirkəti “CES 2020” sərgisində “Spin 3” və “Spin 5” portativ noutbuk modellərini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Acer Spin 5” modeli qurğunun qapaq hissəsinin 80 faizini əhatə edən “2K” təsvir ölçülü 13,5 düym diaqonallı ekranla təchiz edilib. 1,2 kiloqramlıq qurğunun qalınlığı 14,9 millimetr təşkil edir. Qalınlığı 16,9 millimetrə, çəkisi 1,5 kiloqrama bərabər “Spin 3” modelinin displeyinin ölçüsü 14 düym olmaqla “Full HD” təsvir ölçülüdür.
Hər iki qurğu 10-cu nəsil “Intel Core i7” prosessorunun əsasında qurulub. Qrafik sürətləndirici qismində “Intel Iris Plus”dan istifadə olunub. Maksimal operativ yaddaş tutumu 16 giqabayt təşkil edir. Yeni qurğuların əsas xüsusiyyətləri kimi “Wi-Fi 6” standartının dəstəklənməsi, “Thunderbolt 3”, “USB 3.2 Gen 1” və “HDMI” dəstəkli “USB Type-C” portlarının mövcudluğu qeyd olunur. Həmçinin “microSD” üçün slot nəzərdə tutulub.
Noutbuklar “Wacom AES” texnologiyalı “Acer Active Stylus” aktiv elektron qələmi ilə işi dəstəkləyir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, manipulyator 4096 basılma gücü səviyyəsini tanıya bilir.
“Spin 5” modelinin avtonom iş vaxtı 15 saat təşkil edir. “Acer Spin 3” isə 12 saatadək işləyə bilir. Yeni noutbukların satışı 2020-ci ilin birinci rübünə planlaşdırılır. “Acer Spin 5” noutbukunun ilkin qiyməti 999 avro, “Acer Spin 3” modelinin 649 avro təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 594
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet