12px13px15px17px
Tarix:08/01/20

“HDR” və “UHD” dəstəkli ilk virtual reallıq eynəyi nümayiş olunub

“Panasonic” korporasiyası “CES 2020” sərgisində “UHD” təsvir ölçülü yüksək dəqiqlikli görüntünü və “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən dünyanın ilk virtual reallıq eynəyini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğuya “Panasonic” və virtual reallıq ekranları üçün aparıcı istehsalçı – “Kopin Corporation” ilə əməkdaşlıqda yaradılan “OLED” displeylər quraşdırılıb. Həmçinin audio və vizual “Panasonic” texnologiyaları tətbiq edilib.

 

“Panasonic” və “Kopin” tərəfindən hazırlanan optik modul bir super kompakt moduldan istifadə etməklə görüntünün pozulmasının qarşısını alır.

 

Dinamik “Technics” şüalandırıcısı sayəsində eynək yüksək keyfiyyətli səsi və istifadə olunan aşağı və yüksək səviyyəli geniş tezliklər diapazonunu təmin edir.

 

Eynək əlavə bərkidicilər olmadan kompakt və yüngül çərçivəyə malikdir.

 

“Panasonic” gələcəkdə də virtual reallıq sahəsində texnologiyaların inkişafını planlaşdırır.

 

Nizam Nuriyev





Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024