12px13px15px17px
Tarix:08/01/20

“Bluetooth” qulaqlıqların problemlərindən birini aradan qaldıran yeni texnologiya təqdim edilib

Müasir smartfonlar və mobil operatorlar yüksək keyfiyyətli səs ötürülməsi ilə telefon zəngləri etməyə imkan verən “HD Voice” texnologiyasını dəstəkləyir. Sözügedən texnologiya aktiv olduqda həmsöhbət çox yaxşı eşidilir. Ancaq simsiz qulaqlıqlardan istifadə zamanı bu funksiya işləmir. “Qualcomm”un yeni texnologiyası bu problemi aradan qaldırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Qualcomm” şirkəti “CES 2020” sərgisi çərçivəsində ötürülən səsin keyfiyyətinin yaxşılaşması üçün smartfon və simsiz qulaqlıqlarda istifadə edilən “aptX” kodekinin məntiqi davamı olan “aptX Voice” texnologiyasını təqdim edib. “aptX Voice” telefon zəngləri zamanı eyni funksiyanı yerinə yetirir.

 

"AptX texnologiyası “Bluetooth” ilə stereo səsin dinlənilməsində inqilab edib. “aptX Voice” səsli çağırışlar üçün eyni şeyi edəcək" – “Qualcomm”un vitse-prezidenti və baş meneceri Ceyms Çepmen deyib.

 

“Snapdragon 865” və “Snapdragon 765” prosessorları ilə təchiz edilmiş bütün yeni smartfonlar “aptX Voice” dəstəyinə malik olacaqlar. Bundan başqa, “Qualcomm” yaxın gələcəkdə simsiz qulaqlıqlar üçün müvafiq çipsetlər təqdim etməyə söz verib.

 

Emil Hüseynov





Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024