12px13px15px17px
Tarix:09/01/20

Televizor ekranlarının hazırlanması üçün yeni texnologiya təqdim edilib

"TCL" şirkəti "CES 2020" sərgisində "Vidrian Mini-LED" yeni nəsil displeylərin hazırlanması texnologiyasını təqdim edib. Bu matrisalar mövcud analoqlarla müqayisədə bir sıra üstünlüklərə malikdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Vidrian Mini-LED" işıqlandırma texnologiyası tam şəffaf şüşə altlıq üzərində ölçüsü mikrometrlərə bərabər on minlərlə işıq diodunun tətbiqini nəzərdə tutur. Onlar yarımkeçiricilər vasitəsilə idarə edilir. Şirkət nümayəndələrinin sözlərinə görə, belə həll daha yaxşı kontrastlıq və parlaqlıq sayəsində televizorların görüntüsünün keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir. Bundan başqa, belə işıqlandırmanın üstünlüyünü istənilən işıqlandırma şəraitində – həm tam qaranlıq otaqda, həm də parlaq işıqlıqda qiymətləndirmək mümkündür.

 

Qeyd olunur ki, "TCL" şirkəti "Vidrian Mini-LED" texnologiyasından istifadə edən ilk televizorları bu il nümayiş etdirməyi planlaşdırır.

 

Xatırladaq ki, ötən il "TCL" şirkəti "Mini-LED" texnologiyası əsasında işıqlandırmaya malik dünyanın ilk televizorunu nümayiş etdirib.

 

Nizam Nuriyev





Baxış sayı: 547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024