12px13px15px17px
Tarix:09/01/20

Yeni texnologiya dronlara mağaralarda uçmağa imkan verəcək

Avstraliyanın “Emesant” startapının mühəndisləri pilotsuz uçan aparatlar vasitəsilə real vaxt rejimində yeni izləmə və kartoqrafiya sistemini təqdim ediblər. Bu, dronlara mağaralarda uçuşlar həyata keçirməyə imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, aparat “GPS” naviqasiyası və dronlara maneələri dəf edərək uçmağa və qapalı məkanlarda səmti yaxşı müəyyənləşdirməyə imkan verəcək toqquşma əleyhinə sensorlar sistemi ilə təchiz edilib.

 

Startap mütəxəssisləri tərəfindən pilotsuz uçan aparatların məlumatları əsasında yeraltı landşaftların üçölçülü xəritəsini tez və dəqiq tərtib etməyə imkan verən “Hovermap” texnologiyası da hazırlanıb.

 

Bildirilir ki, texnologiya xilasedicilərə mağaralarda itkin düşən insanları tapmağa kömək edəcək.

 

Startapın ilkin qiyməti 2,5 milyon dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024