12px13px15px17px
Tarix:09/01/20

“Hisense” rəngli “E-Ink” ekranlı dünyanın ilk smartfonunu nümayiş etdirib

“Hisense” şirkəti perspektivdə mobil elektronika bazarında yeni trend olacaq rəngli “E-Ink” ekranına malik dünyanın ilk smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, yeni texnologiya elektron mürəkkəb əsasında rəngli displeylərlə təchiz edilən modellərin kütləvi buraxılışına başlamağa imkan verən səviyyəyə çatıb.

 

Bildirilir ki, “CES 2020” sərgisində nümayiş etdirilən ekranların yenilənmə tezliyi ağ-qara displeylərdən xeyli yüksəkdir. Şirkətin “E-Ink” matrisalı ilk qurğusunun ötən il buraxılan “Hisense A5” smartfon modeli kimi orta qiymət seqmentinə aid olacağı gözlənilir.

 

Smartfon uzunmüddətli avtonom iş üçün nəzərdə tutulan orta sinifli qurğu olacaq. “Hisense Color” adlı yeni qurğunun texniki xüsusiyyətləri və təqdimat tarixi hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024