12px13px15px17px
Tarix:11/01/20

7 ekranlı noutbuk təqdim edilib

Britaniyanın “Expanscape” şirkəti Las-Veqasda keçirilmiş texnologiyalar sərgisində 7 ekranlı yeni “Aurora 7” noutbukunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Core i9-9900K” prosessoru ilə işləyən yeni noutbuk güclü videokartla təchiz edilib. Lakin qurğunun texniki xüsusiyyətləri deyil, monitorlarının sayı heyrətləndirir. Qeyri-adi noutbukun sahibi 4K təsvir ölçüsündə 17,3 düym diaqonallı 4 ekrana malik olacaq.
 
Bundan başqa, kompüter daha 3 monitora (Full HD təsvir ölçüsündə 7 düymlük) malikdir. Şirkətin nümayəndəsi yaxın vaxtlarda noutbukun texniki xüsusiyyətləri, həmçinin cihazın qiyməti haqqında ətraflı məlumat veriləcəyini bildirib.
 
Qurğu hələ ki yalnız prototip şəklində mövcuddur, ancaq şirkət artıq kütləvi istehsala kimi sözügedən cihazın satışına başlamaq niyyətindədir. Şirkətin rəsmisi hesab edir ki, “Aurora 7” noutbuku kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün uyğun gələcək.
 
Emil Hüseynov




Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Avqust 2020

08 08 2020

08/08/20
Dünyada ilk “6G” şəbəkəsinin istifadəyə verilmə tarixi məlum olub

Cənubi Koreya hökuməti ölkədə “5G” şəbəkələrinin real işləmə sürətini açıqlayan hesabatın

08/08/20
“iPhone 12” haqqında yeni təfərrüatlar məlum olub

“iPhone 12” komponentlərinin istehsalçıları istehsalda problemlə üzləşiblər