Tarix:14/01/20
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, korporasiyanın məlumatına görə, əksər “Windows 7” istifadəçilərinə “Windows 10 Pro” sistemli yeni qurğuya keçmək tövsiyə olunur.
Bildirilir ki, hazırda “Windows 7” əməliyyat sisteminin istifadəçilərinin sayı 400 milyon təşkil edir. Yanvarın 14-də “Windows 7” əməliyyat sisteminin pulsuz dəstəklənməsi dayandırılacaq. Bu səbəbdən “Microsoft” istifadəçilərə 900 milyondan çox qurğuya quraşdırılan yeni “Windows 10” əməliyyat sisteminə keçməyi xatırladır.
Korporasiya nümayəndələrinin sözlərinə görə, “Windows 10” sisteminə keçid informasiya təhlükəsizliyi ilə bağlı problemlərin sayının azaldılması sayəsində korporativ sektorda xərcləri 14 ay ərzində ödəməyə imkan verəcək.
Bununla yanaşı, “Microsoft” korporasiyası “Windows 7” sisteminin uzadılmış dəstəyini (Extended Security Updates – genişləndirilmiş təhlükəsizlik yeniləmələri) təklif edəcək. O, pullu olacaq və çoxlu kompüter avadanlığına malik şirkətlər üçün baha başa gələcək.
Nizam Nuriyev
Bu gün “Windows 7” sisteminin dəstəklənməsi başa çatır
“Microsoft” korporasiyası “Windows 7” əməliyyat sisteminin dəstəklənməsinin başa çatması ərəfəsində bəyanatla çıxış edərək əməliyyat sisteminin istifadəçilərinə proqram təminatının yenilənməsi əvəzinə yeni kompüter almağı tövsiyə edib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, korporasiyanın məlumatına görə, əksər “Windows 7” istifadəçilərinə “Windows 10 Pro” sistemli yeni qurğuya keçmək tövsiyə olunur.
Bildirilir ki, hazırda “Windows 7” əməliyyat sisteminin istifadəçilərinin sayı 400 milyon təşkil edir. Yanvarın 14-də “Windows 7” əməliyyat sisteminin pulsuz dəstəklənməsi dayandırılacaq. Bu səbəbdən “Microsoft” istifadəçilərə 900 milyondan çox qurğuya quraşdırılan yeni “Windows 10” əməliyyat sisteminə keçməyi xatırladır.
Korporasiya nümayəndələrinin sözlərinə görə, “Windows 10” sisteminə keçid informasiya təhlükəsizliyi ilə bağlı problemlərin sayının azaldılması sayəsində korporativ sektorda xərcləri 14 ay ərzində ödəməyə imkan verəcək.
Bununla yanaşı, “Microsoft” korporasiyası “Windows 7” sisteminin uzadılmış dəstəyini (Extended Security Updates – genişləndirilmiş təhlükəsizlik yeniləmələri) təklif edəcək. O, pullu olacaq və çoxlu kompüter avadanlığına malik şirkətlər üçün baha başa gələcək.
Nizam Nuriyev
Baxış sayı: 1141
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)