12px13px15px17px
Tarix:14/01/20

“Firefox” brauzerində səsli idarəetmə funksiyası istifadəyə verilib

“Mozilla” şirkəti “Firefox” brauzerini səsli idarəetmə funksiyası ilə təmin edən eksperimental plagin təqdim edib. Belə ki, “Firefox Voice” adlı funksiyanın istifadəçiləri klaviaturaya toxunmadan internetdə məlumatlar axtara, səhifələri tərcümə edə, marşrutlar müəyyənləşdirə, musiqi səsləndirə və açıq tab-vərəqələri tez tapa biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, funksiyanın verilən komandaları yerinə yetirməsi üçün “Firefox” menyu panelində mikrofon işarəsinin üzərinə vurduqdan sonra ona “Find my calendar tab” (“Mənim təqvimimin tab-vərəqəsini tap”), “Play Green Day on Spotify” (“Green Day”i “Spotify”da işə sal”), “Search my Gmail for tickets to Hamilton” (“Mənə məxsus “Gmail”də Hamilton üçün biletlər tap), “What's the temperature in San Antonio?” (San-Antonioda temperatur neçədir?”) və “Read this page” (“Bu səhifəni oxu”) kimi ifadələrlə müraciət etmək mümkündür.

 

“Firefox Voice” funksiyasının bildiyi komandaların tam siyahısı ilə layihənin saytında tanış olmaq olar. Bundan başqa, yenilənmə proqramı idarə etməyə imkan verir. Məsələn, ondan açılmış tab-vərəqələri bağlamağı, səhifəni yeniləməyi və ya onu “PDF” şəklində saxlamağı xahiş etmək mümkündür.

 

Hazırda “Firefox Voice” funksiyası yalnız ingilis dilində başa düşür. Lakin gələcəkdə səsli idarəetmə funksiyası beta versiyadan çıxaraq birbaşa brauzerə quraşdırıldıqdan sonra onun digər dilləri də başa düşəcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024