“Microsoft” günəş enerjisi ilə işləyən noutbuk ixtira edib
“Microsoft” günəş enerjisi ilə işləyən noutbukun konseptini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ixtira 2018-ci ilin ikinci yarısında ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinə təqdim edilib, amma yalnız 2020-ci ilin yanvarında təşkilatın saytında dərc edilib. Təsvir və sxemə əsasən, noutbukun arxa panelində qurğunun akkumulyatoru ilə birləşdirilən bir neçə fotoelement yerləşir.
Günəş panelləri noutbukun batareyasının şarjını avtonom işləmə zamanı (noutbuk elektrik şəbəkəsinə qoşulmadıqda) doldura biləcək. Patent ərizəsində dəqiqləşdirilir ki, yalnız günəş enerjisi deyil, həm də süni işıqla enerji doldurmaq mümkündür. Qatlanan konstruksiya sayəsində panellər lazım olduqda kompüterin korpusunda gizlədilə bilər. Sənəddə kompüteri alternativ enerji mənbələri vasitəsilə enerji doldurmaq üçün lazım olan vaxt göstərilməyib.
Emil Hüseynov
Baxış sayı: 565
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı