12px13px15px17px
Tarix:21/01/20

“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub

"Apple" şirkəti mobil əməliyyat sistemində geolokasiya funksiyasını tam söndürməyə imkan yaradıb. Müvafiq imkan "iOS 13.3.1" əməliyyat sisteminin beta versiyasında istifadəyə verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, "2019"-cu ildə buraxılan "iPhone" smartfonları genişzolaqlı bağlantının dəstəklənməsi üçün "Ultra Wideband" (UWB) texnologiyalı yeni "U1" çipi ilə təchiz edilib. Bu yenilik səbəbindən qurğunun olduğu yer geolokasiya xidmətləri söndürülmüş vəziyyətdə olanda da izlənilir.

 

2019-cu ilin sonunda kibertəhlükəsizlik üzrə mütəxəssis Brayan Krebs öz müşahidələri barədə fikrini bölüşüb. O, eksperiment zamanı smartfonda peyk məlumatları üçün sorğu göndərmək imkanını söndürərək təyyarə rejimini işə salıb. Bu halda ekranın sağ küncündə "GPS" sisteminin işləməsini sübut edən kompas işarəsi görünüb. Mütəxəssisin fikrincə, "Apple" istifadəçi tərəfindən "GPS" sistemindən istifadəyə qoyulan qadağadan yayınmaqla onun məxfilik hüququnu pozub.

 

"Apple" son nəticədə bu çatışmazlığı aradan qaldırmaq qərarına gəlib. Belə ki, "Mashable" resursunun jurnalistləri tərəfindən "iOS 13.3.1" əməliyyat sistemində "U1" çipini söndürməyə imkan verən funksiya aşkarlanıb. O, "Sistem xidmətləri" (System Services) quraşdırma menyusunda yerləşir.

 

Şirkətin məxfilik siyasətində "iPhone" geolokasiya servislərinə həsr edilən və smartfonun "Apple" şirkətinə mütəmadi olaraq yaxınlıqdakı "Wi-Fi" çıxış nöqtələri və mobil rabitə qüllələri barədə anonim və şifrlənmiş məlumatların göndərilməsini nəzərdə tutan bənd yer alıb.

 

Nizam Nuriyev





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024