Artırılmış reallığa malik ilk linzalar təqdim edilib
“Mojo Vision” startapı artırılmış reallığa malik ilk linzaları təqdim edib. Mühəndislər qeyd ediblər ki, onların qurğusu böyük ölçülü qarniturlardan kontakt linzalara keçidi reallaşdıracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni linzalarda eyni anda bir neçə yeni texnologiya tətbiq edilib. Ən vacib komponent görüntünü istifadəçinin torlu qişasına proyeksiya edən artırılmış reallığa malik displeydir.
Panel 1 düym üçün 14 min piksel sıxlığına malikdir ki, bu da rekord göstəricidir. Müqayisə üçün, “Apple iPhone 11” ekranında bu göstərici 323-ə bərabərdir. Qurğuya birləşdirilmiş radioötürücü, görüntü və hərəkət sensorları təsviri sabitləşdirməyə kömək edir.
Qurğunun paneli ətraf mühitdə olan artırılmış reallıq elementlərini eynilə göstərə bilər. Onların arasında yol nişanları, xəbərdarlıq və xəbərlər var. Linza xüsusi olaraq uzağı görməyənlər üçün kəskinliyi artıra, obyekti yaxınlaşdıra və ya qaranlıqda görməyə kömək edə bilər.
Emil Hüseynov
Baxış sayı: 968
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet