“6G” rabitə standartının istifadəyə verilmə tarixi açıqlanıb
Yaponiya altıncı nəsil texnologiyasının istifadə tarixini açıqlayıb. Mütəxəssislərin fikrincə, 2030-cu ilədək Asiya dövlətinin ərazisində “6G” şəbəkəsi işə salınmalıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Nikkei”nin hesabatında deyilir ki, Yaponiya 2030-cu ilədək “6G”-nin inkişaf strategiyasını hazırlamaq və yeni nəsil şəbəkələrinin infrastrukturunu genişləndirmək niyyətindədir. Bu ay Daxili İşlər və Rabitə Nazirliyi və Tokio Universitetindən ekspert qrupu uzunmüddətli planlaşdırma ilə məşğul olacaq. Layihəyə, həmçinin biznes nümayəndələri dəvət edilib: Yaponiyanın ən böyük telekommunikasiya şirkəti olan “Nippon Telegraph and “Telephone” və “Toshiba”.
Hesabatda deyilir ki, “6G” şəbəkələrinin geniş yayılması ani məlumatların ötürülməsinin prioritet olacağı "yeni bir cəmiyyət" qurmağa kömək edəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, “6G” rabitə standartı informasiyanın ötürülməsi sürətini “5G” ilə müqayisədə ən azı 10 dəfə artıracaq.
Dövlət yeni rabitə standartının öyrənilməsinə 2,03 milyard dollar xərcləməyi planlaşdırıb və “6G” üçün boş tezlikləri ayırmağa söz verib. Həmçinin qeyd edilir ki, Çin, Cənubi Koreya və Finlandiyada da oxşar proqramlar mövcuddur.
Emil Hüseynov
Baxış sayı: 598
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet