12px13px15px17px
Tarix:22/01/20

Bərpa edilmiş qabaqcıl “Apple” smartfonlarının satışına başlanılıb

“Apple” şirkəti bərpa edilmiş qabaqcıl “iPhone XS” və “iPhone XS Max” smartfonlarının satışına başlayıb. Ən ucuz versiyanın qiyməti 699 dollar (yeni qurğunun qiyməti 999 dollar), 512 giqabaytlıq yaddaş tutumuna malik “iPhone XS Max” modelinin isə 1099 dollar (1449 dollar əvəzinə) təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bərpa edilmiş “Apple” smartfonlarının alışı zamanı 300 dollardan çox vəsaitə qənaət etmək mümkündür. Hazırda belə məhsullar yalnız “Apple” internet mağazasının ABŞ seqmentində satışa çıxarılıb.

 

Bildirilir ki, bərpa edilmiş telefonlara istehsalçılar tərəfindən korpusu, ekran və akkumulyator batareyası dəyişdirilən, əməliyyat sistemi yenilənən və yeni seriya nömrəsi verilən qurğular aiddir. Belə qurğulara istehsalçı tərəfindən rəsmi zəmanət verilir və yeni qulaqcıq, adapter və aksesuarlarla qablaşdırılır. Beləliklə, bərpa edilmiş smartfonlar yeni qurğular kimi görünür, lakin yeni məhsullarla müqayisədə endirimlə satılır.

 

“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ildə əvvəllər istifadə edilmiş və rəsmən bərpa edilmiş smartfonların qlobal tədarük həcmi 206,7 milyon ədəd təşkil edərək əvvəlki dövr ilə müqayisədə 17,6 faiz artıb.

 

“iPhone XS” smartfonu “OLED HDR” panelli 5,8 düymlük “Super Retina” ekranı, 2436 × 1125 piksel təsvir ölçüsü və genişləndirilmiş dinamik diapazon (HDR) dəstəyi ilə təchiz edilib. “iPhone XS Max” modeli 2688 × 1242 piksel təsvir ölçülü daha böyük – 6,5 düymlük “Super Retina” displeyinə malikdir.

 

Nizam Nuriyev





Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024