12px13px15px17px
Tarix:22/01/20

Yeni alqoritmin köməyilə adi fərdi kompüterlərin məhsuldarlığı min dəfə yüksələcək

“Toshiba” şirkətinin mühəndisləri Hayato Qoto və Kosuke Tasumura tərəfindən hazırlanmış proqram alqoritmi adi fərdi kompüterlərin məhsuldarlığını min dəfə sürətləndirməyə kömək edəcək. Yeni texnologiya kvant kompüterləri ilə müqayisədə məlumatların işlənməsi sürəti üzrə 10 qat üstünlüyə malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Toshiba”nın böyük elmi işçisinə iş prosesində onun həmkarı Tasumura kömək edib. Sonuncu alqoritmi mümkün qədər miqyaslanan edib. Bunun sayəsində sistemi həm bir kompüterdə, həm də server klasterində istifadə etmək olar. "Siz sadəcə onu serverə qoşa və otaq temperaturunda işə sala bilərsiniz" – Tasumura deyib.

 

Kvant avadanlığında müvafiq nəticəni əldə etmək üçün milyonlarla dollar lazımdır. Bundan başqa, kvant kompüterlərinin istifadəsi mürəkkəbdir: bunun üçün mütləq sıfıra yaxın temperatur lazımdır.

 

“Toshiba” şirkəti alqoritmi təkmilləşdirməyi və onu kommersiya strukturlarının geniş mühitinə təklif etməyi planlaşdırırlar.

 

Emil Hüseynov





Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024