Tarix:23/01/20
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, altı nəfərlik sərnişin tutumuna malik elektromobil sürücüsüz idarə olunur. "Origin" sərnişinlərin hərəkət zamanı darıxmaması üçün "USB" port və rəqəmli ekranlarla təchiz edilib.
"Cruise" şirkətinin baş direktoru Den Əmmanın sözlərinə görə, "Origin" konsepsiya yox, şirkətin gələcəkdə buraxmağa hazırlaşdığı seriyalı modeldir. Bununla yanaşı, hazırda "Origin" ABŞ-ın ümumi istifadəli yollarında istifadə üçün standartlara cavab vermir. Bu səbəbdən yaxın vaxtlarda elektromobil yalnız qapalı yerlərdə sınaqdan keçiriləcək.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə "Origin" elektromobilindən sürücüsüz taksi kimi də istifadə mümkün olacaq. Hazırda elektromobilin qiyməti açıqlanmasa da, baş direktor qeyd edib ki, qiymət çox ucuz olacaq.
2013-cü ildə ABŞ-da yaradılan "Cruise" şirkəti 2016-cı ildə "General Motors" tərəfindən 1 milyard dollara satın alınıb. Bundan başqa, hazırda "SoftBank" investisiya fondu və "Honda" şirkətdə paya malikdir.
Nizam Nuriyev
İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub
"General Motors" şirkətinin "Cruise" bölməsi "Origin" adlı ilk sürücüsüz elektromobil təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, altı nəfərlik sərnişin tutumuna malik elektromobil sürücüsüz idarə olunur. "Origin" sərnişinlərin hərəkət zamanı darıxmaması üçün "USB" port və rəqəmli ekranlarla təchiz edilib.
"Cruise" şirkətinin baş direktoru Den Əmmanın sözlərinə görə, "Origin" konsepsiya yox, şirkətin gələcəkdə buraxmağa hazırlaşdığı seriyalı modeldir. Bununla yanaşı, hazırda "Origin" ABŞ-ın ümumi istifadəli yollarında istifadə üçün standartlara cavab vermir. Bu səbəbdən yaxın vaxtlarda elektromobil yalnız qapalı yerlərdə sınaqdan keçiriləcək.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə "Origin" elektromobilindən sürücüsüz taksi kimi də istifadə mümkün olacaq. Hazırda elektromobilin qiyməti açıqlanmasa da, baş direktor qeyd edib ki, qiymət çox ucuz olacaq.
2013-cü ildə ABŞ-da yaradılan "Cruise" şirkəti 2016-cı ildə "General Motors" tərəfindən 1 milyard dollara satın alınıb. Bundan başqa, hazırda "SoftBank" investisiya fondu və "Honda" şirkətdə paya malikdir.
Nizam Nuriyev
Baxış sayı: 571
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet