12px13px15px17px
Tarix:24/01/20

Elastik “Motorola” smartfonunun buraxılış tarixi açıqlanıb

“Motorola” şirkəti elastik ekranlı “Moto Razr” smartfonunun buraxılış tarixini açıqlayıb. ABŞ-da fevralın 6-dan etibarən alıcılara çatdırılacaq qurğu üçün ilkin sifarişlərin qəbuluna yanvarın 26-da başlanılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, smartfonun qiyməti təqdimat mərasimində elan olunduğu kimi dəyişməz (1499 dollar) qalıb.

 

Ötən il noyabrın 14-də nümayiş olunan “Moto Razr” şirkətin ekranı ortadan qatlanan ilk smartfonudur. Qurğu “Qualcomm Snapdragon 710” prosessor, 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də ikinci – 800 x 600 təsvir ölçülü 2,7 düymlük displeylə təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel təşkil edir və həssas obyektivlə (f/1.7) təchiz edilib, ön kamera isə 5 meqapikselli daxili kameraya malikdir.

 

“Moto Razr” smartfonunun satışlarına ilkin olaraq dekabrın 26-da başlamaq planlaşdırılsa da, ötən ilin sonunda şirkət gözlənilməz yüksək tələbat səbəbindən onu təxirə salıb.

 

“Moto Razr” smartfonunun buraxılışından bir neçə gün sonra “Samsung” şirkəti tərəfindən “Galaxy Z Flip” adlı yeni elastik modelin nümayiş olunacağı gözlənilir. O, fevralın 11-də təqdim ediləcək.

 

Nizam Nuriyev





Baxış sayı: 536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024