12px13px15px17px
Tarix:24/01/20

Dünyanın 10 ən bahalı brendi məlum olub

“Brand Finance” nəşri dünyanın 500 ən böyük brendinin dəyəri haqqında məlumatları özündə birləşdirən “Global 500” hesabatının ən son versiyasını dərc edib. Reytinqin lideri artıq üçüncü il ardıcıl olaraq dəyişməsə də,  10 ən bahalı şirkət sırasına yeni “oyunçu” daxil olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bu il reytinqə ilk dəfə “HUAWEI” şirkəti daxil edilib. Analitiklər bu şirkətin dəyərini 62,2 milyard dollar məbləğində qiymətləndiriblər. Brendinin dəyəri 220,7 milyard dollar məbləğində qiymətləndirilən “Amazon” şirkəti reytinqdə birinci yeri tutub.
 
 
“Brand Finance” nəşrinin versiyasına görə, dünyada ən bahalı brendlərin onluğu aşağıdakı kimidir:
 
1.      “Amazon” – 220,7 milyard dollar (17,5% artım)
2.      “Google” – 159,7 milyard dollar (11,9% artım)
3.      “Apple” – 153,6 milyard dollar (8,5% azalma)
4.      “Microsoft” – 117,0 milyard dollar (2,1% azalma)
5.      “Samsung” – 94,4 milyard dollar (3,5% artım)
6.      “ICBC” – 80,7 milyard dollar (1,2% artım)
7.      “Facebook” – 79,8 milyard dollar (4,1% azalma)
8.      “Walmart” – 77,5 milyard dollar (14,2% artım)
9.      “Ping An” – 69,0 milyard dollar (19,8% artım)
10.  “HUAWEI” – 62,2 milyard dollar (4,5% artım)
 
Emil Hüseynov



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024