12px13px15px17px
Tarix:24/01/20

Yaponiyada kosmik əməliyyatların yerinə yetirilməsi üçün hərbi qrup yaradılacaq

Yaponiyanın Hərbi Hava Qüvvələrində kosmik əməliyyatların yerinə yetirilməsi üçün qrup yaradılacaq. Yeni hərbi bölmə 2020-ci ilin yazında fəaliyyətə başlayacaq. Bu barədə “Jane’s” nəşri Yaponiyanın baş naziri Sindzo Abeyə istinadən məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, eskadrilya Tokio prefekturasının qərbində Futyu aviabazasında yerləşəcək. Yaradılması üçün 450 milyon dolların sərf ediləcəyi qrupun tərkibi 20 nəfərdən ibarət olacaq.

 

Bölmənin əsas vəzifəsi Çin və Rusiya peyklərinin izlənilməsi olacaq. Həmçinin qrup Yaponiyanın hərbi kosmik texnologiyalarının hazırlanmasına nəzarəti həyata keçirəcək, eləcə də kosmik tullantıların hərəkət trayektoriyasının təhlilini aparacaq. Bundan əlavə, qrup peyklərlə rabitə əlaqəsi yaratmaq və radiorabitədə maneələri aradan qaldırmaqla məşğul olacaq.

 

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyada oxşar hərbi bölmə yaradılıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Böyük Britaniyanın bütün kosmik qüvvə və proqramlarını birləşdirəcək. Onların sırasına peyklərdən ballistik raketlərin aşkarlanması sistemi, “GNSS” (GPS sisteminin analoqu) qlobal naviqasiya sistemi və hazırda işlənilən digər proqramlar daxildir.

 

Nizam Nuriyev





Baxış sayı: 524

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024