12px13px15px17px
Tarix:24/01/20

Dünyada ən məhsuldar smartfon məlum olub

Çinin “Realme” brendinin naməlum aparatı məhsuldarlığın sintetik məhsuldarlıq testlərində rekord bal toplayıb. “Android Authority” nəşri tərəfindən tapılmış testlərin nəticələrinə görə bu smartfon dünyada ən məhsuldar cihaz hesab edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “AnTuTu” şirkətinin məlumatına görə, “RMX2071” kod adlı “Realme” smartfonu 574 min bal toplayıb. Qurğu “Qualcomm Snapdragon 865” prosessoru və “Adreno 650” qrafik sürətləndiricisi ilə təchiz edilib. Əvvəlki rekord 560 min bal toplamış “Xiaomi Mi 10 Pro” qurğusuna aiddir. Hər iki telefon eyni çiplə təchiz edilib.

 

Nəşrin məlumatına görə, smartfon 24 fevral tarixində keçiriləcək “Mobile World Congress 2020” sərgisində təqdim ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024