12px13px15px17px
Tarix:29/01/20

“Google” istifadəçi məlumatlarının açıqlanmasını pullu edib

“Google” şirkəti hüquq-mühafizə orqanları və digər dövlət idarələri üçün məhkəmə qərarı əsasında istifadəçi məlumatlarının açıqlanmasını pullu edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, şirkətin ABŞ-ın müxtəlif hüquq-mühafizə orqanlarına ünvanlanan məktubuna görə, məlumatların açıqlanmasının qiyməti sorğunun növündən asılı olaraq 45-245 dollar təşkil edə bilər. Şirkət nümayəndələrinin sözlərinə görə, ödənişin tutulması ilə bağlı qərar “Google”un istifadəçilər haqqında sorğuların emalı xərclərinin kompensasiyası üçün qəbul edilib. Onlar, həmçinin əlavə edib ki, qanun keşikçiləri ilə ödəniş əsasında əməkdaşlıq ABŞ-ın federal qanunvericiliyi ilə ziddiyyət təşkil etmir.

 

Şirkətin hesabatlarına görə, 2019-cu ilin birinci yarısında “Google” dünyanın müxtəlif ölkələrinin hüquq-mühafizə orqanlarından ümumilikdə 75 mindən çox sorğu alıb. Sorğular əsasən 165 min hesab məlumatına aid olub. Bütün sorğuların 3/1 hissəsi isə ABŞ-ın payına düşüb.

 

Bildirilir ki, “Google” bir sıra hallarda sorğuların emalı üçün ödəniş tələb etməyəcək. Bu istisna uşaqların təhlükəsizliyi ilə bağlı işlərə, eləcə də həyat üçün təhlükə törədən hallara aid olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024