“5G” smartfonlarının satışında ikiqat artım gözlənilir
2020-ci ildə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların qlobal satışı 221 milyon ədədə çatacaq və ya bazarın ümumi həcminin 12 faizini təşkil edəcək. 2021-ci ildə bu seqmentin həcmi iki dəfədən çox artaraq 489 milyon ədədə bərabər olacaq. Bu barədə “Gartner” analitik şirkətinin proqnozunda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət analitiki Annett Simmermannın sözlərinə görə, bu il “5G” dəstəkli smartfonlar kommersiya bazarına daha sürətlə çıxarılacaq. Artıq qiyməti 300 dollara yaxın bir neçə belə qurğu nümayiş olunub. Bunun fonunda “5G” smartfonlarının satışının 12 ay ərzində “4G” dəstəkli smartfonlara nisbətən daha sürətlə artacağı gözlənilir.
“Qualcomm” şirkətinin proqnozuna görə, 2021-ci ildə istehsalçılar tərəfindən “5G” şəbəkəsini dəstəkləyən 450 milyona yaxın smartfonun buraxılışı nəzərdə tutulur. 2022-ci ildə isə belə qurğuların tədarükünün 750 milyon ədədə çatacağı proqnozlaşdırılır. Şirkətin əvvəlki proqnozuna görə, 2020-ci ildə 175-225 milyon “5G” smartfon tədarük ediləcək. Beləliklə, 2021-ci il üçün proqnozda satış həcmində 2020-ci il üçün proqnozlaşdırılan orta arifmetik göstəriciyə nisbətən 125 faiz artım nəzərdə tutulur.
“Canalys” şirkətinin proqnozuna görə, 2019-2023-cü illər ərzində “5G” dəstəkli smartfonların qlobal tədarükü 179,9 faiz ortaillik artım tempi ilə 1,9 milyard ədədə çatacaq. Qeyd olunan müddətin sonunda Çin belə qurğuların ən çox satıldığı bazar olacaq. Onun seqmentdə payı 34 faiz təşkil edəcək. Bununla yanaşı, 2023-cü ildə Çin bazarında “5G” dəstəkli smartfonların payı 2020-ci ildəki 17,5 faizdən 62,7 faizədək artacaq.
Nizam Nuriyev
Baxış sayı: 511
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet