12px13px15px17px
Tarix:31/01/20

Yeni “UFS 3.1” fləş yaddaş standartı smartfonların işini daha da sürətləndirəcək

Elektron qurğular üçün sahələrarası standartların işlənib hazırlanması ilə məşğul olan “JEDEC” təşkilatı yeni fləş yaddaş standartını – “Universal Flash Storage (UFS) 3.1” elan edib. Bu standart 2018-ci ildə təqdim edilmiş və müasir qabaqcıl smartfonlarda istifadə edilən “UFS 3.0” versiyasını əvəz edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “UFS” standartı smartfon, planşet və avtomobil elektronikasında istifadə üçün hazırlanıb. Məsələn, “UFS 3.0” versiyası avtomobillər üçün xüsusi funksionallıq nəzərdə tuturdu: -45-dən 105-dək selsi dərəcə temperaturda işləmək imkanı, həmçinin məlumatların saxlanılması etibarlılığının yüksəldilməsi.

 

“UFS 3.1” (JESD220E) standartının əsas özəlliyi artırılmış yazma sürətini təmin edən enerjidən asılı olmayan SLC (Write Booster) keşi, elektron qurğularda enerjiyə qənaət göstəricilərini yaxşılaşdırmaq üçün “DeepSleep” rejimi və yaddaş modulunun qızması halında qurğunun məhsuldarlığının azalması haqqında bildirişin göstərilməsini nəzərdə tutan “Performance Throttling Notification” sistemidir.

 

Emil Hüseynov





Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024