BMT kiberhücuma məruz qalıb
BMT-nin Cenevrə və Vyanada yerləşən ofisləri 2019-cu ilin ortalarında kiberhücuma məruz qalıb. Bu barədə təşkilat nümayəndələrinin açıqlamasında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, Cenevrədə BTM-nin bir sıra bölmələri, o cümlədən İnsan Hüquqları Şurası, İnsan Hüquqları üzrə Ali Komissarlıq, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Ticarət Təşkilatı, Vyanada isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Narkotiklər və Cinayətkarlıq üzrə İdarə yerləşir.
Təşkilatın mətbuat katibi Stefan Duyariçin sözlərinə görə, hazırda hücumun arxasında kimin dayanması məlum olmasa da, onun yaxşı təşkil edilməsini və maliyyələşdirilməsini qeyd etmək lazımdır. “Ciddi hücum nəticəsində Cenevrə və Vyanada əsas infrastrukturun komponentləri ələ keçirilib”, – o bildirib.
İnsan Hüquqları üzrə Ali Komissarlığın məlumatına görə, cinayətkarların müdaxilə etdiyi serverlərdə həssas və ya məxfi məlumatlar saxlanılmayıb. Hakerlərin əməkdaş və qurğuların identifikasiya nömrələrinin saxlanıldığı “Active User Directory” sisteminə daxil olmasına baxmayaraq onlar nə parolları oğurlaya, nə də sistemin digər hissələrini ələ keçirə biliblər.
Nizam Nuriyev
Baxış sayı: 461
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet