12px13px15px17px
Tarix:04/02/20

“Microsoft” korporasiyası “Xbox Live” xidmətində aşkar edilmiş boşluqlara görə mükafatlandıracaq

“Facebook”, “Valve” və bir sıra başqa şirkətlər daxil olmaqla onlayn xidmətlərin yaradıcıları uzun müddətdir ki hakerləri aşkar edilmiş boşluqlardan istifadəyə deyil, mükafat müqabilində onlar haqqında məlumat verməyə səsləyirlər. “Microsoft” da belə mükafatlandırma proqramı işə salıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkət əvvəllər məlum olmayan boşluq haqqında kifayət qədər ətraflı məlumat verən hər bir şəxsə 500-dən 20000 dollaradək mükafat ödəyəcək. Mükafatın məbləği boşluğun kateqoriyası, təhlükənin səviyyəsi və hesabatın dəqiq tərtib edilməsindən asılıdır. Xidmətin kodunu uzaq məsafədən dəyişdirməyə nail olmuş və bunu ətraflı təsvir edən şəxslər ən böyük mükafat alacaqlar.

 

Mükafatlandırma proqramında istənilən şəxs iştirak edə bilər. Şirkətin əməkdaşları, həmçinin boşluq haqqında hesabatın yaradılması üzrə təlimat və nümunələr tərtib ediblər. Əgər ərizə səhv doldurulsa və ya təsvir ətraflı olmasa, korporasiya mükafatı ödəməkdən imtina edə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024