12px13px15px17px
Tarix:05/02/20

ABŞ şirkətləri koronavirusla mübarizəyə görə elektron qurğuların istehsalında çətinliklərlə üzləşə bilərlər

ABŞ şirkətləri koronavirusla mübarizə ilə əlaqədar “iPhone” smartfonlarının və avtomobillərin istehsalı üçün istifadə edilən detalların çatışmazlığı ilə üzləşə bilərlər. Bu barədə “The Washington Post” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, koronavirusun yayılmasına qarşı mübarizə ABŞ şirkətlərini “iPhone” smartfonlarının, avtomobillərin, cihazların istehsalı üçün tələb olunan detal və materiallardan, eləcə də Alsheymer, hipertoniya və malyariya kimi xəstəliklərin müalicəsi üçün dərmanlardan məhrum edə bilər. Virusla mübarizə tədbirləri isə potensial iqtisadi ziyanı artırır. ABŞ və Avropanın iri aviaşirkətləri Çinə yük və sərnişin reyslərini iki ay müddətinə dayandırıblar. “General Electric”, “Caterpillar”, “Chrysler”, “General Motors” və “Ford” kimi ABŞ şirkətlərinin əsas fəaliyyəti Çin zavodlarında görülən işlərdən asılıdır.

 

Bildirilir ki, hazırkı bazar şəraitində əksər oyun konsollarının, smartfon və planşetlərin Çində istehsal olunması səbəbindən məişət elektronikası istehsalçıları daha həssas hesab edilirlər. Məsələn, “Apple” şirkəti Çindəki bütün ofis və pərakəndə satış mağazalarının fəaliyyətini dayandırıb.

 

Nizam Nuriyev





Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024