12px13px15px17px
Tarix:06/02/20

“Apple Watch” İsveçrə saatlarından daha populyardır

“Ağıllı” saatların populyarlığının artması ilə əlaqədar klassik saat modelləri bazarda öz mövqeyini itirir. “Strategy Analytics” analitik agentliyinin məlumatına görə, ötən ilin yekununa görə “Apple”ın daşınan elektronikası satış həcminə görə uzun illər saat sənayesində trendləri müəyyənləşdirən nüfuzlu İsveçrə istehsalçılarını geridə qoyub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, statistikaya əsasən, 2019-cu ildə “Apple” korporasiyası 30,7 milyon “ağıllı” saat satıb ki, bu da ötən illə müqayisədə 36% daha çoxdur. Müqayisə üçün müvafiq dövrdə İsveçrənin “Swatch”, “Tissot” və “TAG Heuer” daxil olmaqla böyük brendlərinin tədarükü 21,1 milyon təşkil edib. Analitiklərin məlumatına görə, “Apple Watch” “ağıllı” saatları Şimali Amerika, Qərbi Avropa və Asiyada çox populyardır. Hazırda analoq saatlara daha çox yaşlı nəslin nümayəndələri üstünlük verirlər.

 

Emil Hüseynov





Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024