12px13px15px17px
Tarix:07/02/20

“Microsoft” qurğu və əməliyyat sistemlərinin hazırlanması üzrə bölmələri birləşdirib

“Microsoft” korporasiyası qurğu və əməliyyat sistemlərinin hazırlanması ilə məşğul olan bölmələri birləşdirib. “Windows Devices” adlanan yeni struktura məhsulların inkişafı üzrə direktor Panos Panay rəhbərlik edəcək. Təşkilati dəyişikliklər 25 fevral 2020-ci ildə qüvvəyə minəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, P.Panay əməkdaşlara ünvanladığı elektron məktubda yenidən təşkilin bütün kompüter ekosistemi üçün “Windows” əməliyyat sistemi ilə işi yaxşılaşdıracağını bildirib.

 

“Aparat və proqram təminatının birlikdə hazırlanması bizə “Windows” (qoşa ekran, müxtəlif çiplər, qoşulma imkanları, əlavələr platforması və s.) ilə bağlı uzunmüddətli məqsədlərə nail olmağa imkan verəcək. Razılaşdırılmış prioritetləri təmin edən vahid “Windows Client Experience” idarəetmə strukturunun, eləcə də bütün “Windows” müştərilərinin resurslarının mövcudluğu bizə innovasiyaların inkişafını sürətləndirməyə və rəhbərliyi yaxşılaşdırmağa imkan verəcək”, – məktubda qeyd olunur.

 

P.Panay “Microsoft” korporasiyasının “Experiences and Devices в Microsoft” təşkilatının icraçı vitse-prezidenti Rac Canın tabeliyində fəaliyyətini davam etdirəcək. R.Ca bu vəzifəyə 2018-ci ilin əvvəlində “Windows” bölməsinin rəhbəri Terri Mayerson korporasiyanı tərk etdikdən sonra təyin olunub.

 

Nizam Nuriyev





Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024