“Apple” köhnə smartfonların sürətini azaltdığına görə 25 milyon avro cərimələnib
Fransanın Rəqabət, İstehlak və Fırıldaqçılıqla Mübarizə Baş İdarəsi (DGCCRF) “Apple” şirkətini 25 milyon avro (27,4 milyon dollar) məbləğində cərimələyib. Buna səbəb kimi ABŞ şirkətinin “iPhone” istifadəçilərini proqram təminatı yeniləməsinin köhnə qurğuların sürətini azaldacağı barədə xəbərdarlıq etməməsi göstərilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Apple” ilə bağlı araşdırmalara 5 yanvar 2018-ci ildə çoxsaylı istifadəçilər tərəfindən “iOS” əməliyyat sistemi üçün köhnə telefonların işləməsini zəiflədən yeni proqram təminatından şikayətlər daxil olduqdan sonra başlanılıb. Bundan başqa, istifadəçilər proqram təminatının əvvəlki versiyasına qayıtmaq imkanına malik olmayıb. ABŞ korporasiyası istifadəçiləri vaxtından əvvəl batareya və smartfonlar almağa məcbur etməkdə təqsirli bilib.
“Apple” köhnə qurğuların işini qəsdən zəiflətməsini rəsmən etiraf edərək bunu enerjiyə qənaət edilməsi üçün izah edib: vaxt ötdükcə akkumulyator batareyasının tutumunun azalması ilə əlaqədar prosessor tezlikləri süni şəkildə aşağı salınır. İstifadəçilərin etirazları şirkəti proqram təminatını yeniləməyə və müştərilərə batareyanın dəyişdirilməsi üçün endirimlər təklif etməyə məcbur edib.
“DGCCRF” 2019-cu ildə araşdırmaların nəticələrini prokurorluğa təhvil verib. Təhqiqata görə, qurğuların sürətinin azaldılması ilə bağlı istifadəçilərin xəbərdar edilməməsi qəsdən həyata keçirilən haqsız kommersiya təcrübəsi hesab edilib.
Məsələnin yoluna qoyulması üçün “Apple” şirkətinə 25 milyon avro ödəmək təklif olunub və ABŞ istehsalçısı bu qərarla razılaşıb. Cərimə ilə yanaşı, “Apple” saytında müvafiq press-reliz dərc ediləcək.
Nizam Nuriyev
Baxış sayı: 482
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet